Futbol dünyasından Ramazan bayramı mesajları

30.03.2025

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Dünyanın çoxsaylı futbol klubları Ramazan bayramı münasibətilə təbrik mesajları paylaşıblar.

Oxu.Az xəbər verir ki, Fransanın "Paris Sen-Jermen" klubunun sosial media hesabından yayımlanan və futbolçuların yer aldığı videomesajda müsəlman dünyasının bayramı təbrik edilib.

İngiltərədən "Mançester Siti", "Çelsi", "Mançester Yunayted", "Arsenal", "Lester Siti", İspaniyadan "Barselona", "Real Madrid", İtaliyadan "Milan", "İnter", Niderlanddan isə "Ajaks" da daxil olmaqla bir çox klub analoji təbrik mesajları dərc edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью