Futbol əfsanəsi VAR sistemini tənqid etdi

14.09.2026

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

İngiltərə futbolunun və "Mançester Yunayted"in əfsanəvi hücumçusu Ueyn Runi videoassistent hakim (VAR) sisteminin tətbiqi və Enzo Fernandesin iştirak etdiyi mübahisəli ofsayd epizodu ilə bağlı kəskin bəyanatla çıxış edib. Runi müasir texnologiyanın futbolun ruhuna və həyəcanına ciddi zərbə vurduğunu bildirib.

 “Yeni Sabah” xəbər verir ki, keçmiş hücumçu mövcud sistemdən narazılığını gizlətməyərək oyunun təbii axınının pozulduğunu vurğulayıb:

"Mən artıq VAR-dan bezmişəm. Məncə, bu, dəhşətlidir. VAR oyundakı bütün emosiyaları məhv edib. Oyunun yaratdığı enerjini nəzərə alanda və Enzo Fernandesin ofsayd mövqeyində olduğunu görməmək və bunu dərk etməmək... Futbolu hansı səviyyədə oynamasından asılı olmayaraq, oyunu oynamış hər kəs onun ofsayd mövqeyində olduğunu anlayır və bilir", — deyə Runi qeyd edib. Dördpendirli pizza

Ekspertlər Runinin bu sözlərini son zamanlar hakim qərarları və VAR texnologiyasının mənfi təsirləri ilə bağlı ingilis futbolunda getdikcə artan narazılıq dalğasının bariz nümunəsi kimi dəyərləndirirlər.

Nazim Hacıyev


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью