Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.
Roberto Baccio ölkəsinin klubları barədə danışıb.
“Yeni Sabah” xəbər verir ki, 59 yaşlı veteran futbolçu A Seriyasında çıxış edən komandaların qitə turnirlərində iştirakının məhdudlaşdırılmasını təklif edib:
“Məncə, bizim komandalar Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında çıxış etməsə daha yaxşı olar. Nə “Milan”, nə “İnter”, nə “Yuventus”, nə də digərləri. Onların nə normal heyəti var, nə də düzgün idarəetməsi. Bir az “Komo” barədə müsbət fikirlər səsləndirə bilərik. Gəlin açıq danışaq. 7 dəfə Çempionlar Liqası qazanmış “Milan” hansı Avropa ölkəsinin çempionunu udmağa qadirdir? Yaxud 30 dəfə İtaliya Çempionu olmuş “Yuventus”? Heç son çempion “İnter”i demirəm. Onlar gərək 3-4 il fasilə versinlər. Sonra turnirlərə qoşularlar”. Pepperoni pizza
Xatırlatma: Roberto Baccio aktiv olduğu illərində “Yuventus”, “Milan” və “İnter” kimi 3 İtaliya nəhənginin heyətində çıxış etmiş nadir futbolçulardandır.