Futbol faciə ilə bitdi: Kartellər dinc sakinləri hədəf aldı

26.01.2026

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Meksikada kartellərin sıx olduğu Salamanka əyalətində futbol meydançasına təşkil edilən silahlı hücum nəticəsində ən azı 11 nəfər həyatını itirib, 12 nəfər isə yaralanıb.

"Cebheinfo.az" xəbər verir ki, Bələdiyyə sədri Sesar Prieto tərəfindən verilən açıqlamaya görə, hücum edənlər futbol matçının sonunda meydançaya gələrək kütləyə atəş açıblar. 

Hadisə yerində 10 nəfər can verib, xəstəxanaya çatdırılan bir nəfəri isə bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.

Yaralılar arasında bir qadın və bir uşağın da olduğunu bildirən Belediyye sədri Prieto şəhərin böyük bir cinayət dalğasının təsiri altında olduğunu vurğulayıb.

Prieto, həmçinin bu zorakılığı nəzarət altına almaq məqsədilə Prezident Klaudiya Şeynbayumdan təcili kömək tələb edib. Əyalət prokurorluğu isə bölgədəki təhlükəsizliyi artırmaq üçün federal rəsmilərlə koordinasiyalı bir təhqiqatın aparıldığını açıqlayıb.

Yerli mətbuatın məlumatına görə, hücum ötən gün baş verən bənzər bir qırğından sonra törədilib. Həmin qırğında da 10 nəfər yaşamını itirmişdi. Bölgədəki "Santa Rosa de Lima" yerli dəstəsi ilə Meksikanın ən güclü kartellərindən biri olan "Xalisko Yeni Nəsil Karteli" arasındakı münaqişələrin bu qanlı basqının səbəbi olduğu bildirilir.

Belediyye sədri baş verən bu qanlı hücumla bağlı  dəyərləndirməsində cinayətkar qrupların "rəsmiləri öz tərəflərinə çəkməyə (tabe etməyə) çalışdıqlarını, lakin buna əsla nail ola bilməyəcəklərini" ifadə edib.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью