futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiyada futbol hakimi oyun zamanı vəfat edib.
Futbolpress.az xəbər verir ki, hadisə Krasnoyarskda həvəskar futbol turniri zamanı baş verib. 45 yaşlı Artur İksanov oyun idarə edən zaman halı qəfil pisləşib və huşunu itirərək meydana yıxılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumata görə, referi ürək tutmasından dünyasını dəyişib.