“Futbol Klubları Alyansının yaradılması nümunəvi addımdır” Yalçın Rəfiyev

16.11.2024

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Futbol Klubları Alyansının yaradılması qlobal futbol icması üçün nümunəvi bir addımdır
Bizim.Media xəbər verir ki, bu sözləri COP29-un baş danışıqçısı Yalçın Rəfiyev COP29 çərçivəsində futbol klublarının iqlim naminə alyansının açılış tədbirindəki çıxışı zamanı deyib
O bildirib ki, ortaq məqsədimiz futbolun lokal, regional və qlobal səviyyədə misilsiz populyarlığından istifadə edərək iqlim tədbirlərinə dair maarifləndirmə yaratmaq və hərəkətə keçməkdir:
"Bu gün klubların imzalayacağı bəyannamə, sadəcə, bir sənəd deyil. Bu, gələcək nəsillərə verilmiş bir vəddir. Davamlı təcrübələrə sadiq qalmaqla biz daha sağlam bir planet üçün addım atırıq. Futbolun güclü platformasından istifadə edərək milyonlarla azarkeşi bu vacib məsələyə cəlb edirik".
Günay Şahmar, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью