Futbol klubu matçın iştirak ərizəsinə 11 sahibsiz it daxil etdi

09.10.2026

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Macarıstanın “Zalaegerseq” futbol klubu sosial şəbəkə hesablarında ölkə çempionatının matçı üçün hazırlanan və 11 sahibsiz itin də daxil edildiyi iştirak ərizəsini paylaşıb.

Qaynarinfo xəbər verir ki, itlər oyun siyahısında öz adları ilə qeyd olunub. Klub nümayəndələrinin sözlərinə görə, bu təşəbbüs sahibsiz heyvanlar probleminə diqqət çəkmək və onlar üçün yeni ailələrin tapılmasına yönəlmiş təşəbbüsü dəstəkləmək məqsədi daşıyır.

Macarıstan çempionatının doqquzuncu turu çərçivəsində “Zalaegerseq” və “Nyireqyhaza” komandaları arasında matç oktyabrın 11-də keçiriləcək. Hər iki klub ölkənin yüksək divizionunda çıxış edir.

Çempionatın 8 turundan sonra “Zalaegerseq” altı xalla 11-ci, 8 xalı olan “Nyireqyhaza” isə 10-cu pillədə qərarlaşıb.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью