Futbol matçı faciəyə çevrildi Ölənlər var FOTO

11.04.2025

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Libertadores-də Colo Colo və Fortaleza arasında keçiriləcək matç təxirə salınıb.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, qarşılaşma 68-ci dəqiqədə meydan sahiblərinin azarkeşləri tərəfindən meydançaya atılan yad əşyalar səbəbindən dayandırılıb.

Hakimlər KONMEBOL rəsmiləri ilə görüşdükdən sonra oyunun dayandırılmasına qərar verilib.

Matç dayandırıldıqdan sonra Colo Colo azarkeşləri meydançaya axışıb, Fotaleza oyunçuları isə paltardəyişmə otağına doğru qaçmağa başlayıblar.

Matçdan əvvəl baş verən insidentlər nəticəsində iki azarkeş həyatını itirib.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью