Futbol matçı zamanı halı pisləşən veteran dünyasını dəyişib

12.10.2026

Icma.az, 525.az saytına istinadən bildirir.

Rusiyanın Anapa şəhərində 60 yaşdan yuxarı futbol veteranlarının ümumrusiya birinciliyinin finalında iştirakçılardan biri Sergey Kukayev huşunu itirib.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 60 yaşlı veteran xəstəxanaya aparılarkən yolda keçinib.

Kukayevin uzun müddətdir ki, xərçəng xəstəsi olduğu, intensiv müalicə aldığı bildirilir.

Qeyd edək ki, Kukayev Yaroslavl vilayət yığmasının üzvü idi. O, 90-cı illərdə əsasən bu vilayətin  həvəskar komadalarında çıxış etmişdi.

L.Tağıyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью