Futbol matçında baş verən toqquşma nəticəsində onlarla insan ölüb | Icma.az
Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Qvineyanın ikinci ən böyük şəhəri N’zerekoredə futbol matçında baş verən qarşıdurma nəticəsində onlarla insan ölüb.
Gununsesi.infoxarici mediaya istinadən xəbər verir ki, baş nazir Mamadou Oury Bah, bazar günü tədbirdə izdihamın bir sıra qurbanlara səbəb olduğunu söylədi və azarkeşləri sakitliyə çağırdı.
Adının çəkilməsini istəməyən həkimlərdən biri AFP xəbər agentliyinə bildirib ki, yerli xəstəxanada bir neçə cəsəd sıraya düzülüb və meyitxana doludur.
Yerli media bildirib ki, qonaq komanda Labe tərəfdarları hakimə qəzəblə meydançaya daş atdıqdan sonra, polis gözyaşardıcı qazdan istifadə edib.
Şahidlərdən biri AFP-yə deyib: “Hər şey hakimin mübahisəli qərarı ilə başladı. Sonra azarkeşlər meydançaya girdilər”.
Sosial mediada yayılan video və görüntülərdə stadionun kənarında böyük izdihamın divarlara dırmaşmağa cəhd etdiyi və yerdə çoxsaylı cəsədlərin olduğu xaotik mənzərələr görünür.
Hələlik itkilərin rəsmi rəqəmləri verilməyib. Qeyd edək ki, daha əvvəldə Qvineya tarixindəki ən dəhşətli qətliamlardan biri stadionda baş ve
Tam oxu
Xəbəri oxu