Futbol matçında qətliam Video

02.12.2024

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Qvineyanın cənub-şərqində N'Zerekore şəhərində keçirilən futbol matçı zamanı yaranan izdiham faciə ilə sonlanıb.

Ölkə.Az xəbər verir ki, futbol matçında hakimin ev sahibi olan komandanın qapısına penalti zərbəsi təyin etməsindən sonra stadionda "N'Zerekore" və "Labe" komandaları, həmçinin azarkeşləri arasında toqquşma baş verib.

Polis "Labe" azarkeşlərinin hakimə hücumunu dayandırmaq üçün gözyaşardıcı qazdan istifadə edib və nəticədə azarkeşlərlə polis arasında da qarşıdurma yaranıb.

Bu qarşıdurma zamanı 100-ə yaxın insanın həyatını itirdiyi və yüzlərlə insanın isə yaralandığı bildirilir. 

Mürtəza
Ölkə.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью