Futbol meydançası qan gölünə çevrildi 11 nəfər öldürüldü

26.01.2026

Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Meksikanın Quanaxuato əyalətinin Salamanka şəhərində keçirilən həvəskar futbol matçından sonra naməlum silahlı şəxslər stadiona atəş açıblar.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hücum nəticəsində 11 nəfər hadisə yerində ölüb, 12 nəfər isə yaralanıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıblar.

Quanaxuato Baş Prokurorluğu hücumla bağlı istintaqın başlandığını açıqlayıb. Hadisənin motivləri qeyd olunmayıb. 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью