Futbol meydançasında infarkt keçirən gənc dünyasını dəyişib

29.12.2024

Icma.az, Sonxeber.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Futbol meydançasında infarkt keçirən gənc dünyasını dəyişib

Dünən axşam saatlarında Mardinin Nusaybin səmtində meydançada dostları ilə futbol oyunu oynayan Səlim Enginin qəfil halı pisləşib və yıxılıb.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, yoldaşlarının xəbəri üzərinə hadisə yerinə sağlamlıq qrupları sövq edildi.

İnfarkt keçirdiyi müəyyən edilən Engin hadisə yerində olan sağlamlıq qruplarının ilk müdaxiləsindən sonra təcili yardımla Nusaybin Dövlət Xəstəxanasına aparılıb.

Engin həkimlərin bütün səylərinə baxmayaraq burada dünyasını dəyişib.

Gəncin cəsədi tibbi ekspertiza üçün Ədliyyə Tibb Qurumuna aparılarkən, hadisə ilə bağlı araşdırma başladılıb.

Vüsalə İbrahimli


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью