Futbol meydanında qətliam

03.02.2026

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Meksikada mütəşəkkil cinayətkarlıq nəzarətdən çıxıb.

"Football-plus.az" xəbər verir ki, Salamanka şəhərində keçirilən futbol oyunu vaxtı silahlı hücum nəticəsində 11 adam həlak olub. Aralarında qadın və uşağın da olduğu daha 12 adam isə yaralanıb.
Bu qanlı hadisə yanvarın 25-də Quanahuato ştatının Salamanka şəhərində “Kampos de las Kabanyas” stadionunda həvəskarlar arasında keçirilən oyun zamanı baş verib. Adı çəkilən ştat ölkənin ən kriminogen regionlarından sayılır. “Quinta Fuerza” portalında yer alan yazıda deyilir:

“Hər şey adi qaydada davam edirdi. Silahlı şəxslər iki pikapda futbol meydançasına yaxınlaşana qədər. Maşınlardan çıxan dörd adam aralarında qadınların və uşaqların da olduğu tamaşaçılara qaydasız şəkildə atəş açmağa başladılar. Onlar atəşi bir neçə dəqiqə davam etdirəndən sonra hadisə yerindən qaçdılar. Polis stadionda yüzlərlə giliz aşkarlayıb. 10 adam elə yerindəcə dünyasını dəyişib, daha biri isə xəstəxanaya aparılarkən yolda keçinib”.

AP-nin dəqiqləşdirməsinə görə, 12 nəfər yaralanıb, onların arasında qadın və yetkinlik yaşına çatmayan uşaq da var. Şübhəlilərin şəxsiyyəti və onları qətliama sövq edən səbəblər, motivlər müəyyənləşməyib. Bununla bağlı təhqiqat gedir.
Günün günorta çağı baş verən qətliam meksikalıları şoka salıb. Salamankanın meri Sesar Prieto futbol matçına hücumu “acınacaqlı və alçaq hərəkət” adlandırıb, həmçinin başverənlərin regiondakı dərin sosial böhrandan xəbər verdiyini vurğulayıb. Xanım mer Meksika prezidenti Klaudiya Şeynbauma yardım xahişi ilə üz tutub:

“Çox qaranlıq dönəmdən keçirik. Kriminal qruplaşmalar hakimiyyəti özünə tabe etdirmək istəyir, amma bu, onlarda alınmayacaq”.

Quanahuato ştatı ötən il qəsdən adam öldürmə sayına görə Meksikada lider olub: iki mindən artıq adam qətlə yetirilib. Hakimiyyət orqanları bu qətllərin əksər hissəsini yerli cinayətkar qruplaşmalar və “Haliskonun yeni nəsli” adlanan narkokartel arasında əraziyə nəzarət uğrunda gedən qanlı mübarizə ilə izah edir.
Salamankadakı faciə ərəfəsində beş adamın həlak olduğu daha bir atışma baş verib. Bundan başqa, xüsusi xidmətlər ötən həftə neft obyektində quraşdırılan partlayıcı qurğunu zərərsizləşdirə bilib.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью