Futbol meydanından hərb meydanına

21.01.2025

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

Floran Maluda özünə yeni peşə seçib.

"Football-plus.az" xəbər verir ki, Fransa yığmasının sabiq oyunçusu futbol sahəsinə yox, hərbçi olmağa üstünlük verib. O, doğulduğu Qayanada orduya yazılıb. Əsasən “Çelsi”dəki çıxışı ilə tanınan keçmiş futbolçu zabit kimi xidmət edəcək. Cənubi Amerika ölkəsi olan Qayana qanunlarına görə, ictimai xadimlər və tanınmış şəxslər əsgər olmadan zabit kimi fəaliyyət göstərə bilərlər.
2004-12-ci illərdə Fransa yığmasında çıxış edən 44 yaşlı Maluda “Lion”, “Trabzonspor”, “Genqam” və “Mets”də də oynayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью