Futbol millimiz Bakıda məşqlərini davam etdirir FOTO

21.09.2026

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın futbol üzrə milli komandası Bakıda təlim-məşq toplanışını davam etdirir.

İdman.Biz xəbər verir ki, yığmanın hazırlıq prosesi baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında keçirilir.

Komanda dünənki məşqdə tam heyətlə çalışmayıb. Legioner futbolçuların bir qisminin bu gün millinin düşərgəsinə qoşulacağı gözlənilir.

Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 23-də Tacikistanla yoldaşlıq görüşündə qarşılaşacaq. Yığma daha sonra UEFA Millətlər Liqasında sentyabrın 27-də səfərdə Litva, oktyabrın 1-də Lixtenşteyn və oktyabrın 4-də yenidən Litva ilə üz-üzə gələcək.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью