Futbol tarixində ilk Naxçıvandan olan hakimlər...

18.12.2024

News24 portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan futbol tarixində ilk dəfə Naxçıvandan olan hakimlər briqadası AFFA-nın təşkil etdiyi Respublika dərəcəli yarışa təyinat alıblar.

News24.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, U-17 Liqasının XIX turunda keçirilən “Neftçi” – “Şamaxı” oyununda reallaşıb.

“Neftçi Futbol Mərkəzi”ndə baş tutan matçı Pərviz İbrahimov idarə edib. Vüsal Xəlilzadə və İlkin Mustafazadə baş hakimin köməkçiləri qismində fəaliyyət göstəriblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью