Futbol tarixinin əfsanələri: İlk üçlükdə nə Messi var, nə də Ronaldo

02.12.2024

Icma.az, Publika.az portalına istinadən məlumat yayır.

"GiveMeSport" futbol tarixinin əfsanəvi şəxslərinin reytinq cədvəlini dərc edib.

Publika.az xəbər verir ki, siyahının lideri “Qızıl top”un üçqat sahibi, əfsanəvi Yohan Kroyffdur. 3 dəfə dünya kubokunu qazanan yeganə futbolçu olan braziliyalı Pele ikinci pillədədir. Almaniya millisinin sabiq müdafiəçisi Frans Bekkenbauer üçüncüdür.

“Qızıl top”un rekordçusu Lionel Messi dördüncü yerdədir. Onun əzəli rəqibi olan portuqaliyalı ulduz Kriştiano Ronaldo beşincidir.

"İlk 10"-luqda həmçinin Dieqo Maradona, Pep Qvardiola, Alfredo di Stefano, Ferens Puşkas və Aleks Ferqyuson yer alıb.

Heybət

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью