Futbol tarixinin ən sürətli futbolçusu müəyyənləşdi

14.05.2025

Icma.az, Sfera.az portalına istinadən məlumat verir.

Ən sürətli futbolçular arasında yeni rekord müəyyənləşib.

Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, bu, Portuqaliya çempionatının XXXIII turunun "Santa Klara" - "Famalikao" (2:1) oyununda baş verib.

Belə ki, matçın əsas hissəsinə əlavə edilmiş dəqiqədə meydan sahiblərinin hücumçusu Qabriel Silva sprint zamanı 40,3 km/saat sürətə çatıb. Göstərici "STATSports"un GPS məlumatlarından istifadə etməklə qeydə alınıb.

Silva İngiltərənin “Nyukasl Yunayted” klubunun mərkəz müdafiəçisi Sven Botmanın 39,21 km/saat sürətini keçərək yeni dünya rekordu müəyyənləşdirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью