Futbol tarixinin ən yaxşı 11 liyi: Messiyə yer verilmədi

08.10.2026

Icma.az bildirir, Yenisabah portalına istinadən.

Britaniyalı jurnalist və televiziya aparıcısı Pirs Morqan futbol tarixinin bütün zamanlardan ibarət ən yaxşı rəmzi 11-liyini açıqlayıb.

“Yeni Sabah” xəbər verir ki, "Arsenal" azarkeşi olması və Kriştianu Ronaldo ilə yaxın dostluğu ilə tanınan jurnalistin tərtib etdiyi heyətdə 8 dəfə "Qızıl top" mükafatının qalibi və dünya çempionu Lionel Messiyə yer verməyib.

Morqan öz seçimini əsaslandırarkən futbolçuların karyeralarının pik dövrünü nəzərə aldığını və bu heyətin Messili istənilən komandaya qalib gələcəyini iddia edib. Marqarita pizza

Britaniyalı jurnalistin bütün zamanlar üçün seçdiyi rəmzi 11-lik aşağıdakı kimidir:

Qapıçı: Qordon Benks;

Müdafiəçilər: Kafu, Франко Baresi, Paolo Maldini, Roberto Karlos;

Yarımmüdafiəçilər: Zinedin Zidan, Lotar Matteus;

Hücumameyilli yarımmüdafiəçilər / Vinqerlər: Ronaldinyo, Diyeqo Maradona, Kriştianu Ronaldo;

Mərkəz hücumçusu: Ronaldo (Nazario).

Nazim Hacıyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью