Futbol tarixinin ən yaxşı driblinqçiləri Nə Neymar, nə də Ronaldinyodur

01.12.2024

Icma.az, Publika.az portalına istinadən məlumatı açıqlayır.

Britaniyanın nüfuzlu “GiveMeSport” portalı futbol tarixinin ən yaxşı driblinqçilərinin reytinqini dərc edib.

Publika.az xəbər verir ki, reytinqdə birinci yeri əfsanəvi braziliyalı cinah oyunçusu Qarrinça tutub. Onun ardınca iki məşhur argentinalı futbolçu var – Lionel Messi və Dieqo Maradona.

Dördüncü yerdə “Mançester Yunayted”in əfsanəsi Corc Bestdir, “Qızıl top”un üçqat sahibi Yohan Kroyff isə 5-ci yerdədir.

Ronaldinyo reytinqdə altıncı, Neymar isə doqquzuncu yeri tutub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью