Icma.az, Fanat portalına istinadən məlumat verir. Futbol tarixinin ən yaxşı komandası müəyyənləşib.
Fanat.Az xəbər verir ki, Böyük Britaniyanın nüfuzlu "GiveMeSport" portalı futbol tarixinin ən yaxşı futbol klublarının reytinqini dərc edib.
Reytinqdə birinci yeri 2008/09 mövsümündə Xosep Qvardiolanın baş məşqçisi olduğu “Barselona” tutub.
Kataloniyalılar həmin mövsüm mümkün olan bütün kubokları qazanıblar və "trebl" edən ilk İspaniya klubu olublar.
1971/72 mövsümünün əfsanəvi "Ayaks"ı ikinci, 1956/57 mövsümünün "Real Madrid"i isə üçüncü yeri tutub.
Zinəddin Zidanın 2016/17 mövsümündə baş məşqçisi olduğu "Real" dördüncü, Çempionlar Liqasının həyəcanverici finalında "Bayern"i 2:1 hesabı ilə məğlub edərək "trebl" qazanan 1998/99 mövsümünün "Mançester Yunayted"i isə beşinci olub.
Mirağa Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.