“Futbol topu kimi o verilişdən bu verilişə hoppanırlar, mahnı davası edirlər” xanəndə tənq…
Icma.az, Moderator.az saytına istinadən bildirir. “Onu kim deyir ki, çadırda oxuyan müğənni müğənni deyil?
Çadırda oxuyan müğənnilər bu gün yarım saatı 5-6 min manata gedən müğənnilərdən milyon qat gözəl oxuyurlar, gözəl də sənətkardırlar.
Hamı elə çadır toylarından çıxıb da. Şəxsən mən özüm də çadır toylarından çıxmışam. Çadır toylarına nə olub ki?
O vaxtın toyları məktəb idi, indiki toylar yox. Çünki o toylardan oxuyanlar çıxırdı, təlxəklər yox”.
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Sevinc Sarıyeva deyib.
O daha sonra əlavə edib: “Azərbaycan incəsənətində bir müğənni göstərin ki, o çadır toylarında oxumasın.
Allah rəhmət etsin Məmmədbağır Bağırzadə o qədər çadır toylarında oxuyub ki. Cəbrayıllılar Məmmədbağırı “kalendar”-la toya yazdırıblar.
Beyləqanda bir çadır toyları oxuyub ki, gəl görəsən. Heç kimə də o yuxarıdan aşağı baxmayıb.
Tam oxu
Xəbəri oxu