Futbol üçün darıxmışdım Ayaz Quliyev

30.11.2024

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

“Sabah”ın yarımmüdafiəçisi Ayaz Quliyev zədədən sonra yaşıl meydana qayıdıb.

"Football-plus.az" xəbər verir ki, Misli Premyer Liqasının XV turunda “Səbail”ə qarşı matçda (1:0) cari mövsümdə ilk dəfə meydana çıxan təcrübəli yarımmüdafiəçi təəssüratlarını bölüşüb.
Ayaz bununla bağlı klubun mətbuat xidmətinə açıqlamasında deyib:

“Futbol üçün darıxmışdım. Nəhayət ki, meydana qayıtdım. İlin sonunda da olsa, buna nail oldum. Çox sevinirəm. Xüsusən də uzunmüddətli çətin dövrdən sonra qələbə qazandığımıza görə şadam. Hər şey yaxşıdı”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью