Futbol üzrə Azərbaycan çempionatı 2023 cü illə müqayisədə cədvəldə 4 pillə irəliləyib

19.01.2025

Report.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Misli Premyer Liqası dünya reytinqində 2023-cü illə müqayisədə cədvəldə 4 pillə irəliləyib.

"Report" xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2024-cü ilin yekununa əsasən, dünyanın ən güclü 100 futbol liqasının siyahısını dərc edib.

Çempionatımız 434,25 əmsalla 36-cı yerə yüksəlib.

Azərbaycan Premyer Liqası bu göstərici ilə Avropada 22-ci, keçmiş SSRİ ölkələri arasında isə 1-ci sıradadır.

Siyahıya aktivində 1992 əmsal olan İtaliya A Seriyası başçılıq edir. İspaniya La Liqası 2-ci (1885 əmsal), İngiltərə Premyer Liqası isə 3-cü sırada (1871) qərarlaşır.

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью