Futbol üzrə Azərbaycan çempionatında növbəti mövsüm 12 komandanın iştirakı ilə 3 dövrədən ibarət olacaq

19.02.2025

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

AFFA İcraiyyə Komitəsinin iclasında Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünün formatı müzakirə edilib.

APA xəbər verir ki, iclasda növbəti mövsümün 12 komandanın iştirakı ilə 3 dövrədən (33 turdan) ibarət olması qərara alınıb.

Qərara əsasən, III dövrənin oyunlarında meydan sahibi olacaq komandalar püşk əsasında müəyyənləşdiriləcək.

Cari mövsümdə sonuncu yeri tutan komanda Premyer Liqanı tərk edəcək, əvəzində I Liqadan 3 komanda birbaşa yüksək dəstəyə vəsiqə qazanacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью