Futbol üzrə Azərbaycan Kubokunda 34 komanda mübarizə aparacaq

09.09.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 9 sentyabr, AZƏRTAC

Futbol üzrə Azərbaycan Kubokunda 2026/2027-ci illər mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.

Peşəkar Futbol Liqasından AZƏRTAC-a verilən məlumata görə, tədbir sentyabrın 18-də keçiriləcək.

Bildirilib ki, ölkə kubokunun yeni mövsümündə 34 komanda iştirak edəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью