Futbol üzrə Azərbaycan milli komandası Latviya yığması ilə qarşılaşacaq | Icma.az
Icma.az, Oxumeni.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Futbol üzrə Azərbaycan milli komandası Latviya yığması ilə qarşılaşacaq Futbol üzrə Azərbaycan milli komandasının builki yoldaşlıq oyunları üçün daha bir rəqibi müəyyənləşib.
Oxuməni.az-ın Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) istinadən verdiyi məlumata görə, komanda Latviya millisi ilə qarşılaşacaq.
Görüş iyunun 7-də Latviyanın paytaxtı Riqada baş tutacaq. Matçın başlama saatı və yeri daha sonra açıqlanacaq.
Daha əvvəl bildirilib ki, Azərbaycan martın 25-də Belarus, iyunun 10-da isə Macarıstanla görüşəcək. Hər iki qarşılaşma Bakıda baş tutacaq.
Almaz Həsənli Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu