Futbol üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib

17.11.2024

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Futbol üzrə Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

AFFA-dan AZƏRTAC-a verilən məlumata görə, müdafiəçilər Elvin Cəfərquliyev, Rahil Məmmədov və yarımmüdafiəçi Mustafa Əhmədzadə heyətdən çıxarılıb.

Qeyd edək ki, UEFA Millətlər Liqasının qrup mərhələsinin İsveç - Azərbaycan oyunu noyabrın 19-da Bakı vaxtı ilə saat 23:45-də "Strouberri Arena"da keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью