Futbol üzrə Azərbaycan millisinin sabiq futbolçusu I Liqa klubu ilə razılaşıb

02.01.2025

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Futbol üzrə Azərbaycan milli komandasının sabiq hücumçusu, 2014/2015 mövsümündə Premyer Liqanın bombardiri Nurlan Novruzov I Liqada çıxış edəcək.

Oxu.Az xəbər verir ki, 31 yaşlı hücumçu "Qaradağ-Lökbatan"la anlaşıb.

Qeyd edək ki, Novruzov son illər xarici klublarda çıxış edib: "Dinamo-Auto" (Moldova), "Narva-Transe" (Estoniya), "Lalitpur Siti" və "Machhindre" (hər ikisi Nepal), "Jonave" (Litva).

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью