Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 19 yanvar, AZƏRTAC
Bu gün Misli Premyer Liqasının XIX turuna iki oyunla yekun vurulacaq.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Tovuz şəhər stadionunda "Kəpəz" "Turan Tovuz"la qarşılaşacaq.
Saat 16:00-da start götürəcək oyunu Rəvan Həmzəzadə idarə edəcək.
Turun son matçı isə “Neftçi” ilə “Sabah” arasında oynanılacaq. Saat 18:30-da başlayacaq qarşılaşmanın baş hakimi Kamal Umudlu olacaq.
Qeyd edək ki, XIX turun əvvəlki görüşlərində "Qarabağ" "Şamaxı"nı 3:2, "Zirə" "Araz-Naxçıvan"ı 1:0, "Səbail" isə "Sumqayıt"ı 2:0 hesabları ilə məğlub edib.