Futbol üzrə Belarus millisi III MDB Oyunlarının bürünc mükafatçısı olub

03.10.2025

Azertag saytına istinadən Icma.az xəbər verir.

Qəbələ, 3 oktyabr, AZƏRTAC

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarının futbol yarışlarında bürünc medal uğrunda oyun keçirilib.

AZƏRTAC xəbər verir ki, 16 yaşadək futbolçulardan ibarət Belarus millisi Tacikistana 2 cavabsız qolla qalib gəlib.

Bu nəticədən sonra Belarus yığması turniri 3-cü, Tacikistan isə 4-cü pillədə tamamlayıb.

Günün ilk matçında Özbəkistan Qırğızıstana 2:0 hesabı ilə qalib gələrək 5-ci olub.

Qeyd edək ki, final matçı oktyabrın 4-də Azərbaycan və Rusiya yığmaları arasında keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью