Reyting.az saytına istinadən Icma.az xəbər verir. Fransa ərazisində PSJ futbol klubunun Çempionlar Liqasındakı qələbəsi ilə bağlı böyük iğti
Fransa polisi iğtişaşları törədən 550-dən çox şübhəlini saxlayıb.
Reyting.az "Le Figaro" nəşrinə istinadla xəbər verir ki, futbol oyunu bitdikdən sonra, iyun ayının 1-nə keçən gecə baş verən kütləvi iğtişaşlar səbəbindən Fransa polisi 559 şübhəlini saxlayıb.
İğtişaşlarda iştirak edənlərin əksəriyyəti - 491 nəfər Parisdə olub.
Ümumilikdə, başıpozuqluğa səsləyən, ara qızışdıran 320 nəfər barədə həbs qətimkan tədbiri seçilib.
Baş vermiş iğtişaşlar zamanı azı 192 nəfərin xəsarət aldığı, həmçinin 22 təhlükəsizlik işçisinin, 7 yanğınsöndürənin yaralandığı bildirilir.
Polis 692 yanğın hadisəsi qeydə alıb.İki nəfər həlak olub. Dax kommunasında klubun qələbəsini qeyd edənlərin törətdikləri cinayət nəticəsind
Elə həmin gecə Parisin 15-ci rayonunda qələbə şənliklərinin keçirildiyi ərazidən ötməyə çalışan skuter sürən kişini avtomobil vurub.Qrenobld