Qol.az saytına istinadən Icma.az xəbər verir.
İngiltərə Premyer Liqasının 23-cü turunda "Vest Hem" doğma meydanda "Sanderlend"i qəbul edib.
QOL.az xəbər verir ki, meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşan matç gərgin anlarla yadda qalıb.
Matçın sonlarında yaşanan qalmaqal futbolun özünü kölgədə qoyub. Bel ki, matçın gedişatında "Sanderlend"in ehtiyat oyunçular skamyasındakı nümayəndələri ilə arxa tribunadakı azarkeşlər arasında münaqişə yaranıb. Bu səbəbdən oyun bir müddət dayandırılıb.
Məlumata görə, mübahisənin ən aktiv iştirakçılarından biri "Sanderlend"in oyunçusu Qranit Caka olub. Zədə səbəbindən iştirak ərizəsində yer almayan, lakin komanda ilə birlikdə olan təcrübəli yarımmüdafiəçi azarkeşlərlə sərt şəkildə mübahisə edib. Hətta final fitindən sonra da sakitləşməyən Caka tribunaya tərəf qışqıraraq azarkeşləri sanki yanına çağırıb.
Bildirilir ki, məsələnin İntizam Komitəsi tərəfindən araşdırılacağı gözlənilir. Veriləcək qərar matçın baş hakiminin protokolunda qeyd edəcəyi detallardan asılı olacaq.