Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Qalatasaray"ın futbolçusu Lukas Torreyra ilə sevgili olan türkiyəli aktrisa Devrim Özkan "Qalatasaray" azarkeşlərinə müraciət edib.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Aktrisa "CimBom" azarkeşlərinin ona "gəlinbacı" deməsindən şikayətlənib.
O, "Mən gəlinbacı deyiləm, Lukas kürəkəndir. Mən türkəm. Ona görə də ona kürəkən desinlər" deyib.
Evlilik siqnalları verən məşhur cütlüklə bağlı bəzi yüniliklər var. Devrim Özkanın Türkiyəyə qayıdarkən təyyarədən paylaşdığş postunda barmağındakı üzüklər diqqət çəkib. İddialara görə, Torreyra sevgilisini ailəsi və yaxınları ilə tanış edib.