Futbolçu məşq zamanı faciəvi şəkildə öldü | Icma.az
Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyənin Bandırma Sənaye İdman Klubunun qapıçısı, 28 yaşlı Oğuzhan Kamacı məşq zamanı qəfildən vəziyyətinin pisləşməsi nəticəsində vəfat edib.News24.az xəbər verir ki, komanda ilə birgə məşq edən Kamacı özünü pis hiss edərək yerə yıxılıb.Komanda yoldaşları dərhal tibbi yardım çağırıblar.
Hadisə yerinə gələn təcili tibbi yardım briqadası futbolçuya ilkin yardım göstərib və onu xəstəxanaya çatdırıb.
Lakin həkimlərin bütün səylərinə baxmayaraq, 28 yaşlı idmançının həyatını xilas etmək mümkün olmayıb.Kamacının meyiti ölüm səbəbinin dəqiq müəyyənləşdirilməsi üçün ekspertizaya göndərilib.Hadisə ilə bağlı araşdırma aparılır.Aqil Qarayev Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu