Futbolçu oyunda aldığı ağır zədədən vəfat etdi

03.11.2026

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İspaniyanın “Tenerife” klubunun 30 yaşlı futbolçusu Xesus de Migel oyun zamanı aldığı ağır zədə nəticəsində həyatını itirib.

Modern.az xəbər verir ki, bu barədə klubun rəsmi açıqlamasına istinadən İspaniya mətbuatı məlumat yayıb.

Hadisə noyabrın 2-də İspaniya ikinci liqasında keçirilən “Tenerife” – “Andorra” qarşılaşmasında baş verib.

Matçın son dəqiqələrində “Andorra”nın qapıçısı Xesus Ovono ilə toqquşan De Migel ağır zədə alıb. Qapıçının dizinin futbolçunun sinəsinə dəyməsindən sonra o, huşunu itirib.

Hadisə yerinə dərhal tibbi heyət cəlb olunub. Futbolçuya ilkin yardım göstərildikdən sonra o, təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Həkimlərin səylərinə baxmayaraq, 30 yaşlı futbolçunun həyatını xilas etmək mümkün olmayıb. O, noyabrın 3-də vəfat edib.

Hadisə səbəbindən qarşılaşma dayandırılıb. “Andorra”nın qapıçısı isə qırmızı vərəqə ilə meydandan qovulub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью