Futbolçu öz dəyərindən 15 milyon az təklifə razılıq verdi: Barselona ya keçir

18.01.2025

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Liverpul"un 28 yaşlı cinah oyunçusu Luis Dias "Barselona"dan gələn 70 milyon avroluq transfer təklifinə razılıq verib.

Oxu.Az "SkySports"a istinadən xəbər verir ki, "blauqrana" kolumbiyalı futbolçunun transferi üçün 70 milyon avro təklif edib. "Barselona" Diasın karyerasını İspaniyada davam etdirmək istədiyini bildiyindən keçidi reallaşdırmaq niyyətindədir.

Qeyd edək ki, Dias bu mövsüm bütün turnirlərdə 27 matçda iştirak edib, 12 qol vurub və üç məhsuldar ötürmə edib. Futbolçunun "Liverpul"la müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 85 milyon avrodur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью