Futbolçu raket atəşi nəticəsində həyatını itirdi

03.07.2026

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Futbolçu raket atəşi nəticəsində həyatını itirdi

Fələstin Futbol Federasiyası “Xadamat Xan Yunis” klubunun qapıçısı Salim Əl-Əşqarın həlak olduğunu açıqlayıb.

QOL.az xəbər verir ki, federasiyanın yaydığı bəyanatda 32 yaşlı qolkiperin İsrail hərbçilərinin açdığı atəş nəticəsində öldüyü bildirilib.

Məlumata görə, Salim Əl-Əşqar cəmi 5 ay əvvəl ailə qurmuşdu və yaxın vaxtlarda ilk övladının dünyaya gəlməsini gözləyirdi.

Çilinin “Deportivo Palestino” klubu da hadisə ilə bağlı başsağlığı mesajı yayıb.

Klubun açıqlamasında deyilir: “32 yaşlı fələstinli qapıçı Salim Əl-Əşqarın faciəvi ölümü bizi dərindən sarsıdıb. Belə hadisələrin davam etməsi bizi çox kədərləndirir. Ədalət və sülh istəyirik.”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью