Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Fransa futbolunda faciəvi hadisə baş verib.
"Football-plus.az" xəbər verir ki, ölkə çempionatının 2-ci liqasında çıxış edən “Gengam”ın oyunçusu Kenzo Kis suda boğulub. Hadisə Lion yaxınlığındakı Ron çayında baş verib.
Xilasetmə xidmətlərinin məlumatına görə, Kenzo bazar ertəsi günü qızmar istidən qaçmaq üçün üç dostu ilə çayda üzməyə çıxıb. Xilasedicilər 21 yaşlı futbolçunun üç dostunu sudan çıxarıb təhlükəsiz yerə çatdıra biliblər. Kenzo isə sonuncu tapılan şəxs olub. O, ağır vəziyyətdə sudan çıxarılıb, lakin həkimlər gəncin həyatını xilas edə bilməyiblər.