Futbolçu Vinisiusu güllələdilər

07.11.2026

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Braziliyalı futbolçu Bismark Vinisius atışma nəticəsində həlak olub.

Moderator.az xəbər verir ki, hadisə Natalda baş verib. Yarımmüdafiəçi dostları ilə barda vaxt keçirərkən başqa bir kişi ilə mübahisə edib. Şübhəli müəssisədən çıxıb, daha sonra geri qayıdıb və Bismarka atəş açıb. Daha bir nəfər də yaralanıb.

Zərərçəkənlər xəstəxanaya aparılsa da, həkimlər 36 yaşlı idmançının həyatını xilas edə bilməyiblər. İkinci zərərçəkənə tibbi yardım göstərilir.

Braziliya Mülki Polisi araşdırma aparır. İlkin məlumatlara görə, səbəb qısqanclıq ola bilər.

Bismark Vinisius karyerasına 2006-cı ildən 2012-ci ilə qədər oynadığı “Fortaleza”da başlayıb. Karyerası ərzində Braziliyanın aşağı divizionlarında 30 klubda oynayıb. Onun son komandası “Parnaíba” olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью