Futbolçular çox istəkli idilər Rəşad Sadıqov

12.01.2025

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Qarabağ"a bu gün keçirilən yoxlama oyununda 2:4 hesabı ilə məğlub olduqları görüşdən sonra açıqlama verib.  

QOL.az xəbər verir ki, o, komandasının çıxışı ilə bağlı fikirlərini bölüşüb: 

“Bugünkü oyunda futbolçuların çıxışından razı qaldıq. Yoxlama oyunu üçün maraqlı görüş oldu. Hər iki komandanın futbolçuları çox istəkli idi. Həm oyun təcrübəsi baxımından, həm də yüklənmə baxımından yaxşı oyun oldu. Fikrimcə, futbolçularımız tam faydalana bildilər. Qarşıda altı gün vaxtımız var. “Araz-Naxçıvan”la görüşə qədər çalışacağıq ki, yaxşı formada olaq. Amma tam formaya düşmək üçün 3-4 rəsmi oyun keçirmək lazımdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью