Futbolçular hakimi yerə yıxıb vəhşicəsinə döydülər VİDEO

23.09.2026

Icma.az, Lent az saytına istinadən bildirir.

Türkiyənin Bayburt şəhərində kəndlərarası futbol turniri çərçivəsində keçirilən həvəskar oyunda qalmaqallı hadisə yaşanıb. Qarşılaşma zamanı gərginlik artdıqdan sonra futbolçular oyunun hakiminə fiziki hücum ediblər.

Lent.az yerli mediaya istinadla bildirir ki, oyunun başa çatmasından sonra meydanın ortasında qarışıqlıq yaranıb. Arxadan qaçaraq hakimə müdaxilə edən futbolçulardan biri onun müvazinətini itirib yerə yıxılmasına səbəb olub.

Bundan sonra bir neçə futbolçu yerdə qalan hakimi təpiklə vurmağa başlayıb. Tribunadakı azarkeşlərin və meydanda olan digər şəxslərin futbolçuları dayandırmağa çalışdığı görüntülərə düşüb.

Hadisə ətrafdakı şəxslərin mobil telefon kameraları ilə qeydə alınıb. Görüntülərin sosial şəbəkələrdə yayılması böyük narazılıq doğurub.

İctimaiyyət və futbolsevərlər hakimə hücum edən futbolçuların sərt şəkildə cəzalandırılmasını tələb ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью