Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.
"Araz-Naxçıvan"ın baş məşqçisi Yuri Maksimov Misli Premyer Liqasının 10-cu turu çərçivəsində "Zirə" ilə heç-heçə etdikləri matç (2:2) barədə fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
- Oyun barədə fikirləriniz necədir?
- Futbolçularıma təşəkkür edirəm. Yaxşı oynadılar. Düşünürəm ki, sadəcə, sona qədər gücləri çatmadı. Üç xal qazansaydıq, əlbəttə, daha yaxşı olardı. İndi növbəti oyunlara hazırlaşıb yolumuza davam edəcəyik.
- Bir xal qazandınız, yoxsa iki xal itirdiniz?
- Düşünürəm ki, iki xal itirməsəydik, daha yaxşı olardı.
- Futbolçularınız qol imkanlarından yararlana bilmirdi. Sizcə, bunun səbəbi məsuliyyətin çatışmamasıdır?
- Turnir cədvəlinin sonuncu pilləsində olduğumuz üçün futbolçular həyəcan keçirirlər. Daha yuxarı pillələrdə qərarlaşsaydıq, bəlkə də, daha yaxşı oyun göstərə bilərdik.