Futbolçular La Liqa matçının ABŞ də keçirilməsinə etiraz edəcəklər

18.10.2025

Icma.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.

İspaniya La Liqasının "Vilyarreal" - "Barselona" matçı ABŞ-nin Mayami şəhərində keçiriləcək.

Sportal.az xəbər verir ki, futbolçular bu qərardan narazıdır. Bununla bağlı oyunçular etiraz etməyi planlaşdırır. Məlumatı yerli mətbuat yayıb.

9-cu turun bütün oyunlarında komandalar etirazlarını meydanda göstərəcəklər. Belə ki, matçların ilk 15 saniyəsində futbolçular hərəkət etməyəcəklər.

Bundan başqa La Liqada mübarizə aparan 20 klubun hər birinin kapitanının imza atacağı bəyanat hazırlanacaq.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью