Futbolçular Mbappeni klubda istəmir? Realda gərginlik

06.12.2024

Metbuat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Fransa millisinin keçmiş yarımmüdafiəçisi Emmanuel Petit “Real Madrid”də uğursuz oyun nümayiş etdirən Kilian Mbappedən danışıb.

Metbuat.az xəbər verir ki, Emmanuel Petit Kilian Mbappenin “Real Madrid”də dostunun olmadığını irəli sürüb. Petit, "Məncə, Kilian Mbappe Real Madriddə çox tənhadır. Jude Bellinghamın ona məhəl qoymadığını gördüm və onun klubda heç bir köməyi və ya dostları yoxdur” -deyə bildirib. Keçmiş futbolçunun sözlərinə görə, Mbappe mediada dərc edilən xəbərlərə də qəzəblənib. Həmçinin, Mbappenin Fransa millisinin heyətində iştirak etməməsi onun vətənində sərt tənqid edilməsinə səbəb olub.

Qeyd edək ki, Kilian Mbappe “Real Madrid”də 20 matçda 10 qola imza atıb. İspaniya mediasında dərc edilən xəbərlərə görə, Mbappenin komanda yoldaşları ilə əlaqəsi gərgindir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью