Futbolçular oyundan oyuna mənim fəlsəfəmi başa düşürlər

21.02.2025

sport24.az saytına istinadən Icma.az xəbər verir.

"Rəqibin son oyunlarının hamısını izləmişdik. Detallı analiz edib, futbolçulara göstərdik". 

Bu sözləri Sport24.az saytına açıqlamasında "Mingəçevir"in baş məşqçisi Füzuli Məmmədov deyib.

Ötən gün Birinci Liqada 14 turdan sonra "Baku Sporting"ə qalib komandanın baş məşqçisi qələbəni Mingəçevir azarkeşlərinə həsr elədiklərini bildirib:

"Oyunçular həm məşqlərdə, həm də matçda  əzmkarlıq göstərdilər. Onları təbrik edirəm. Meydanda verdiyimiz tapşırıqları maksimum yerinə yetirməyə çalışdılar. Futbolçular oyundan-oyuna mənim fəlsəfəmi başa düşürlər. Qələbəni Mingəçevir azarkeşlərinə həsr edirik. Məşqlərimizi belə izləyirlər. Hər zaman yanımızda olsunlar".

Məmmədov növbəti turda qarşılacaqları "Difai" ilə oyundan gözləntilərini açıqlayıb:

"Bizim üçün rəqiblərin fərqi yoxdur. Hər oyuna eyni hazırlaşırıq. Hər bir xal önəmlidir. "Difai" ilə də oyuna "Baku Sporting"lə oyunda necə oynadıqsa, elə çıxış edəcəyik. Meydana qələbə üçün çıxacayıq".

Qeyd edək ki, "Mingəçevir" komandası Birinci Liqada 15 turda sonra 11 xalla sonuncu pillədə qərarlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью