Futbolçular risk etməkdən qorxurlar

28.06.2026

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Futbolçular risk etməkdən qorxurlar"

Portuqaliya millisinin sabiq hücumçusu Rikardo Kuarejma DÇ-2026-nın qrup mərhələsinin 3-cü turunda Kolumbiya ilə heç-heçədən (0:0) sonra yığmanın çıxışını tənqid edib.

QOL.az xəbər verir ki, sabiq futbolçu "SAPO" nəşrinə açıqlamasında portuqaliyalı oyunçularda motivasiya çatışmazlığı olduğunu bildirib:

"Komandada hər zaman sahib olduğumuz sevinc, xoşbəxtlik, kreativlik və özünəinam çatışmır. Həmçinin xarakter və əzmkarlıq da görünmür. Oyunu canlı izləmək imkanım oldu. Futbolçular yorğun və motivasiyasız görünürdülər. Halbuki onlar futbol dünyasının ən vacib turnirində çıxış edirlər. Hər kəs bu oyunçuların hansı keyfiyyətə və istedada malik olduğunu bilir, lakin onlarda cəsarət yoxdur. Belə təəssürat yaranır ki, futbolçular risk etməkdən qorxurlar".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью