futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qırğızıstan təmsilçisi “Muras Yunayted”in baş məşqçisi Sergey Puçkov qovulub.
Futbolpress.az xəbər verir ki, buna səbəb onun oyunçuları təhqir etməsi olub. Bu barədə Qırğızıstan Futbol İttifaqının rəhbəri Kambıçek Taşıyev yerli mətbuata açıqlamasında deyib.
Sergey 2024-cü ildən komandada çalışırdı. “Muras Yunayted” onun rəhbərliyi altında Qırğızıstan Kubokunu qazanıb.