Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.
Misli Premyer Liqasının XVIII turunun “Qarabağ” – “Turan Tovuz” oyunundan (1:0) sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.
Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis matç barədə fikirlərini açıqlayıb:
“Vacib qələbə qazandıq. Futbolçularım müəyyən yorğunluq olsa da, xarakter göstərdilər. Bizi dəstəkləmək üçün çox sayda azarkeş gəlmişdi ki, bu da futbolçulara əlavə motivasiya verirdi. Möhkəm, özünəxas oyun tərzi olan komanda ilə görüşürdük. Belə qarşılaşmalarda oyunu ələ almaq elə də asan deyil. Hər fasilə, hər cərimə zərbəsi rəqibin üstülüyü demək idi. İstənilən halda futbolçularımız oyunu düzgün idarə etdilər və qalib gəlmək üçün əllərindən gələni etdilər”.